Modern.az

Məhkəmələrdəki ən çox iş sosial təminat və pensiya hüququ pozulması ilə bağlıdır

Məhkəmələrdəki ən çox iş sosial təminat və pensiya hüququ pozulması ilə bağlıdır

4 Mart 2021, 13:00

Ali Məhkəmə 2020-ci ildə məhkəmələrdə inzibati mübahisələrə baxılması vəziyyətinə dair hesabat açıqlayıb. Ali Məhkəmədən Modern.az-a verilən məlumata görə, 2020-ci il ərzində İnzibati Kollegiyanın icraatında cəmi 2707 iş olub. Onlardan 526 (19,4%) iş 2019-cu ildən qalıq keçmiş, 2181 iş (80,6%) isə 2020-ci il ərzində daxil olmuşdur.

2020-ci il ərzində icraatda olmuş 2707 işdən 2236 işə (82,6%) mahiyyəti üzrə baxılıb, 142 iş (5,2%) üzrə kassasiya şikayəti mümkün sayılmayıb, 1 iş (0,1%) üzrə məhkəmə aidiyyəti ilə bağlı mübahisə həll edilib, 328 iş (12,1%) isə qalıq olaraq 2021-ci ilə keçib.

Baxılmış 2236 işdən 1579 (70,6%) iş üzrə qərar və qərardadlar qüvvədə saxlanıl, 629 (28,1%) iş üzrə ləğv edilib, 7 (0,3%) iş üzrə kassasiya icraatına xitam verilib, 21 (1%) iş üzrə isə məhkəmə aktları dəyişdirilib.

Ləğv edilmiş 629 işdən 451 iş (71,7%) təkrar baxışa göndərilib, 137 iş (21,8%) üzrə yeni qərar çıxarılıb, 17 iş (2,7%) üzrə icraata xitam verilib, 24 iş (3,8%) üzrə isə iddia mümkün sayılmayıb.

Ali Məhkəmənin məlumatına görə, 2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirak etdiyi işlərin sayı 45,7% təşkil edib. Yəni, bütövlükdə 2236 işə baxılıb, bunlardan 1022-si ƏƏSMN-in tərəf kimi iştirak etdiyi işlər olub

2020-ci ildə ölkə üzrə apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarının icraatında cəmi 5488 iş olub.


Ötən il məhkəmələrin icraatında olmuş 16344 işin kateqoriyalar üzrə bölgüsü belədir:

- sosial təminat və pensiya hüququ ilə bağlı - 3731 iş (22,9%);

- hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq mübahisələri ilə bağlı - 3928 iş (24%),

- müharibə veteranı adı və vəsiqəsi verilməsi barədə - 1896 iş (11,6%),

- yaşayış yeri üzrə qeydiyyata alınma və ya qeydiyyatdan çıxarılma ilə bağlı - 1212 iş (7,4%),

- vergi mübahisələri ilə bağlı - 878 iş (5,3%),

- xidməti hüquq münasibətləri ilə bağlı - 356 iş (2,2%),

- yerli icra hakimiyyətlərinin qərarlarının ləğvi və üzərilərinə müvafiq öhdəliklərin qoyulması ilə bağlı – 135 (0,8%) iş,

- yerli özünüidarəetmə orqanlarının qərarlarının ləğvi və üzərilərinə müvafiq öhdəliklərin qoyulması ilə bağlı – 98 (0,6%) iş,

- sair işlər üzrə (ad və soyada dəyişiklik edilməsi, təkrar doğum haqqında şəhadətnamə verilməsi, icra məmurunun qərarlarından şikayət)- 4110 iş (25,1%) .

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi