Arxiv
5 mart 2021, 13:41 | AKTUAL
80 yaşlı sabiq deputat - Əsmətxanım Məmmədova

Həyatını, elmi və ictimai fəaliyyətini doğma xalqının tərəqqisinə həsr edən,  tanınmış şərqşünas alim Əsmətxanımın Məmmədovanın 80 yaşı tamam olur. O, 5 mart 1941-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində  ziyalı ailəsində doğulub,  1958 - ci ildə həmin qəsəbənin C. Cabbarlı adına 187 saylı orta məktəbini əla qiymətlərlə bitirib. Əsmətxanım fars və ərəb dillərini mükəmməl bilən, öz dövrünün tanınmış ziyalısı, repressiya qurbanı, ana babası Əbdülqasım Şəkərzadənin əziz və niskilli xatirəsinə ehtiram olaraq şərqşünas olmağı qərara alıb. Bu məqsədlə sənədlərini ADU – nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinə təqdim edərək yüksək balla fars şöbəsinə qəbul olunub. Tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərən Əsmətxanım Tbilisi, Moskva universitetlərinin elmi konfranslarında müxtəlif məruzələrlə çıxış edib. 1963–cü ildə III kursda olarkən “Fars ədəbi dili və Tehran dialektində feillərdə baş verən fonetik dəyişikliklər” məruzəsinə görə Moskva Dövlət Universitetinin “Fəxri fərmanı” və  “Fəxri tələbə bileti” ilə təltif olunub. 1965-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Əsmətxanım Məm­mədova Elmi şuranın qərarı ilə kafedrada saxlanılıb. Bir il sonra isə AMEA-sı nəzdindəki Şərqşünaslıq İnstitutunun əyani aspiranturasına daxil olub, 1972-ci ildə “Fars dili söz vurğusunun  fonetik təbiəti və yeri” adlı nami­zədlik dissertasiyasını müdafiə edib.  Bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyata aid olmaqla, 200-ə qədər məqaləsi ölkə daxilində və respublikadan kənarda işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsi İranda müxtəlif illərdə 4 dəfə çap olunub. Alimin elmi axtarış və düşüncələrini özündə ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Təsadüfi deyil ki, həmin kitab 2007–ci ildə Milli Elmlər Akademi­yasının nailiyyətləri olan kitablar siyahısına salınıb. Onun “Fars dilinin orfoqrafiyası” adlı  başqa bir kitabı da 2011–ci ildə işıq üzü görüb. “Lətifələr, yumoristik hekayələr və tapmacalar” adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birlikdə) çap etdirdiyi dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Bu kitabda Əsmətxanım 150 lətifə, yumoristik hekayə və 40 tapma­canın iranlı diktorların tələffüzündə səsləndirməklə yanaşı, Tehran dialektində verilmiş söz və tərkibləri ədəbi dilə çevirərək, tələbələrə kömək məq­sə­dilə müqayisəli şəkildə verib. (“Oka Ofset” nəşriyyatı, 232 səh. Bakı, 2012 );

         
Əsmətxanım Məmmədovanın başqa bir kitabı “Oxu və tərcümə materialları” adlanır. (“Oka Ofset” nəşriyyatı, 296 səh., Bakı 2012). Bu dərs vəsaitini müəllif müasir fars ədəbiyyatından seçilmiş   hekayələr əsasında tərtib edib.  

         
Alim ölkədaxili və xarici konfranslarda müxtəlif mövzularla çıxış edərək  konfrans təşkilatçılarının təşəkkürünü qazanıb. (Rusiya, İngiltərə, İran, İraq, Türkiyə və s.) 2009-cu ildə Əsmətxanım Məmmədova Universitetdaxili 50+50 qrant müsabiqəsində “Fars dilində omofon və omoqraf probleminə dair” mövzu ilə  iştirak edib  və həmin müsabiqənin mükafatçısı olub. Qeyd etmək lazımdır ki, Əsmətxanım Məmmədova bir çox jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir. Pedaqoji stajı 55 ilə çatan, ümumi iş stajı isə 60 ildən çox olan Əsmətxanım gözəl və yenilikçı, tələbələrinin sevimlisi olan bir pedaqoqdur. O, tələbələrini və tədris etdiyi fənni  çox sevir və bu sahədə daim axtarışlar aparır. Fakültə Tədris metodiki Şurasının sədri, Fakültə Elmi şurasının üzvüdür.

 Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli  kitabın mütərcimidir. Onun geniş tədqiqatı, bəzən 80 – 90 səhifəlik məqalələri dilçiliyin bütün bölmələrini əhatə edə bilir. Əsmətxanımın sevimli sahəsi dilin fonetik və qrafik quruluşudur. Bu sahədə uzun illərin tədqiqatını başa çatdıraraq ərəb əlifbasına əsaslanan fars dilinin yazı və tələffüzü  arasındakı fərqdən, yazının çətinliklərindən bəhs edən böyük həcmli “Fars dilinin izahlı omofonlar lüğəti” (1000 səhifə həcmində) monoqrafiyasını hazırlayıb.  

 Əsmətxanım daha 4 tərcümə kitabını: Məhəmməd Ramazanının “Kaktus” və ya “Əl vurmaq qadağandır”, Məhəmməd Babaxaninin əsərləri toplusunu, Vəcihə Əliəkbər Samaninnin “Sənin üçün gözlərim yoldadır”, Şükufə Qaseminin “Bal kimi şirin hekayələr” əsərlərini dilimizə çevirib. Hazırda isə  “Atalar sözlərimizin sirri” (F. Nəsirova ilə birlikdə) adlı kitabın tərcüməsi üzərində işləyir.

Əsmətxanım Məmmədova müstəqil respublikamızın I çağırış (1995-2000) və II çağırış (2000-2005) Milli Məclisin deputatı olmaqla Mədəniyyət və Regional məsələlər komissiyaları tərkibində fəaliyyət göstərib. Eyni zamanda müxtəlif ölkələrlə parlamentlərarası dostluq cəmiyyətləırinin üzvü olub.  O, vətəni ilə bağlı fəal vətəndaş mövqeyini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ali şurasının, Dünya Azərbaycan qadınlar birliyinin və BMT yanında “Koolosiya 1325”-in idarə heyətinin,  Qadın və İnkişaf Mərkəzinin üzvlüyündə, prezidenti olduğu “Kamillik” xeyriyyə qadın cəmiyyətində, Beynəlxalq İslam qadınlar təşkilatında, Ziyalılar cəmiyyətində əməli fəaliyyətləri ilə  göstərib və göstərir.

O, Çində Qadınların IV Beynəlxalq forumunda, İraq, Ukrayna, Rusiya, İngiltərə, İran, Qırğızıstan, Türkiyə, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa kimi bir çox ölkələrdə müxtəlif siyasi, elmi missiyalarla səfərlərdə olub.  Əsmətxanım Məmmədovanın xidmətləri dövlət orqanları tərəfindən qiymətləndirilib, “Qabaqcıl təhsil işçisi” fəxri nişanı,  3 – cü dərəcəli “Əmək” ordeni, “ 2019 - cu il BDU- nun 100 illiyi münasibətilə yubuley medalı,  Yazıçılar İttifaqının “Qızıl Qələm” diplomu və  müxtəlif fəxri fərmanlarla  təltif edilib.

Əsmətxanımın  gözəl və səmimi ailəsi, 4 övladı, 11 nəvəsi var. O, 19 yaşında Qarabağ döyüşlərində könüllü vuruşmuş oğlu Məlikov Fəridlə həmişə fəxr edir.

Mənalı ömrünün illəri vətəninin, xalqının inkişafına yönəlmiş fərəhli, yaddaqalan hadisələrlə dolu olan Əsmətxanım Məmmədova onu tanıyanların əbədi sevgisini və ehtiramını qazanıb.     

 

Mehdi Kazımov
professor

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 İlham Əliyevdən növbəti “İsgəndər-M” açıqlaması: “Rusiya mətbuatında cəfəng versiyalar irəli sürülür” 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00