Arxiv
17 mart 2021, 10:47 | ANALİTİKA
Qarabağda müharibəyə kim hazırlaşır? - ŞƏRH

“Müsahibələr və şərhlər verəndə tez-tez qarşılaşdığım suallardan biri də budur ki, yeni müharibə olacaqmı və Azərbaycan bu müharibəyə hazırdımı?
Əvvəla, yeni müharibə təhlükəsinin qaldığını daim demişəm və təəssüf ki, bu gün də onun olmayacağını deyə bilmirəm”.

Modern.az-ın məlumatına görə, bu fikirləri politoloq Ərəstun Oruclu Qarabağdakı vəziyyəti şərh edərkən bildirib.


“İlk növbədə ona görə ki, Ermənistandan Qarabağın ermənilər yaşayan ərazilərinə hərbçilərin gətirilməsi davam edir və artıq Azərbaycan hakimiyyəti də bunu dilə gətirib. Konkret olaraq, bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov bu haqda Bakıda səfərdə olan ATƏT sədri Ann Lindeyə məlumat verib.

Bundan əvvəl isə martın 12-də BMT-yə ünvanlanan məktubunda xarici işlər naziri eyni məsələni qaldırıb. Amma çox təəssüf ki, hər iki halda Qarabağa bu axın az qala ayrı-ayrı Ermənistan vətəndaşlarının şəxsi təşəbbüsü kimi təqdim olunub”,- Ə.Oruclu bildirib.


Politoloqun sözlərinə görə, Azərbaycanın problemə yanaşma tərzi dəyişməlidir:


“Əgər biz ölkə olaraq beynəlxalq qurumlardan suverenliyimizin və dövlət təhlükəsizliyimizin qorunmasına dəstək umuruqsa, ilk növbədə onlara təhdidin kim tərəfindən yaradıldığını dilə gətirməliyik.

Məsələn, deməliyik ki, Rusiya "sülhməramlıları" 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozaraq, gizli yolla Qarabağa hərbçilərini yollayan Ermənistanın bu əməlinə göz yumurlar. Mən bunun hələ ən yumşaq formasını göstərdim, əslində isə hər iki ölkənin planlı və məqsədli işbirliyi açıq deyilməlidir.

Çünki belə də var. Elə deyilsə və bu, gələcək müharibəyə hazırlıq deyilsə, o zaman Rusiyanın həmin bədnam üçtərəfli bəyanatın şərtlərini pozmaqda marağı nə ola bilər? Elə deyilsə, o zaman "sülhməramlılar" niyə Qarabağda ağır silahlardan istifadə etməklə hərbi təlimlər keçirirlər? Ümumiyyətlə, bu silahlar onların arsenalında niyə olmalıdır?

Çox arqumentlər gətirmək olar, amma bir şey tam aydındır ki, problemlərimizi özümüz açıq şəkildə dilə gətirmiriksə, onları bizim əvəzimizdən heç kəs nə səsləndirəsi, nə də həll edəsi deyil. Ölkənin rəhbərliyindəkilər bunu anlamamış deyillər və onda da haqlı sual yaranır ki, o zaman belə dişsiz müraciətlərin mənası nədir?”.


Ə.Oruclu deyir ki, 10 noyabr bəyanatının şərtlərinə görə, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində erməni silahlı birləşmələri olmamalıdır.

“Diqqətlə baxın həmin bəyanata, xahiş edirəm: Ermənistan yox, erməni hərbi birləşmələri yazılıb orada. Yəni, Qarabağdakı ermənilərin istənilən hərbi birləşməsi qanunsuzdur və çıxarılmalıdır.

Bu müddəa Azərbaycana imkan verir ki, öz ərazisindəki qanunsuz hərbi birləşmələrin ləğv edilməsinə dair xüsusi əməliyyatlar keçirsin. Söhbət əsla müharibədən, hətta antiterror əməliyyatından da yox, qanunsuz silahlı birləşmələrin ləğvindən gedir. Azərbaycan tam haqqı çatan bu əməliyyata ləngimədən başlamalıdır.

Bunun üçün öncə elə həmin ATƏT-ə, BMT-yə və Rusiya rəhbərliyinə xəbərdarlıq olunmalıdir ki, onlar məsələni dinc yolla həll etməsələr, Azərbaycan tərksilah əməliyyatına başlayacaq. Bu isə həm beynəlxalq təşkilatların münaqişə bölgəsinə cəlb olunması, həm də münaqişənin Rusiyanın mütləq nəzarətindən çıxarılması üçün zəmin yaratmaq deməkdir.

Bundan başqa, Azərbaycan öz ərazisi olan Laçın dəhlizinə Rusiya "sülhməramlıları" ilə birlikdə nəzarət olunması tələbini irəli sürməlidir. Son nəticədə bu və digər əlavə addımlar həm də yeni müharibədən qaçmaq demək olardı, çünki həmin müharibənin təşəbbüskarı və ona hazırlıq aparan Rusiyadır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30