Arxiv
22 mart 2021, 16:13 | REPORTAJ
Bir şəklin tarixçəsi - Səməd Vurğunun qeyri-adi DƏFNİ

Martın 21-i Azərbaycan poeziyasında öz dəsti-xətti olan dahi şair Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilov) doğum günü idi... Sosial şəbəkələrin Azərbaycan seqmentində mərhum şairə aid müxtəlif şeir parçaları, fotoşəkillər və xatirələr paylaşılıb. Bunlardan ən diqqətçəkəni Səməd Vurğunun dəfnində lentə alınmış bir fotoşəkil olub.

Modern.az saytı Vəkilovlar nəslinin nümayəndəsi Rüfət Hüseynlinin təqdim etdiyi həmin fotonu “Bir şəklin tarixçəsi” rubrikasında yayımlayır.

Qeyd edək ki, 1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.

Həmin il may ayının 12-də Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubilyar özü bu gecədə iştirak etmir. Çünki Səməd Vurğun ağır vəziyyətdəydi, amansız xəstəlik (xərçəng-red.) dahi şairi yorğan-döşəyə salmışdı. 

Səməd Vurğun daha heç vaxt qalxmayacağı yatağında uzanıb radio vasitəsilə yayımlanan gecəyə qulaq asırdı… Gecədə şairin ünvanına dünyanın ən tərifli və xoş sözləri deyilir. Və birbaşa şairə müraciət edirlər. Şair isə uzaq-yaxın ellərdən və şəhərlərdən gəlmiş qonaqların sözlərini eşitsə də, onları görmürdü...

Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur.

Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.

1956-cı il mayın 30-da keçirilən dəfn mərasimindən lentə alınmış bu fotoşəkil Səməd Vurğunla həmyaşıd və seminariyada ondan bir sinif fərqlə oxumuş Şamil Vəkilova məxsusdur.

Şəkildə bir sıra tanınmış simalar yer alır: görkəmli simalar Adil İsgəndərov, Mehdi Hüseyn, Mehdixan Vəkilov, Yusif Səmədoğlu,Vaqi Səmədoğlu və digərləri..

Şəkildə diqqətçəkən məqam dəfn olunmağa aparılan mərhum şairin tabuta üzüaçıq uzadılmasıdır. Elə bu məqam sosial şəbəkədə müzakirələrə səbəb olub.

Müzakirələrə qoşulan Vəkilovlar nəslinin nümayəndəsi R.Hüseynli bildirib ki, o da babalarından bu haqda çox soruşub.


“Özüm də bu barədə çox soruşmuşam. Cənazə kəfənlənib. Yanılmıramsa, məhz bu səbəbdən əllər görünmür. Kitel üstdən geyindirilib. Amma üz açıq saxlanılıb. Təbii ki, dövrü nəzərə almağımız şərtdir. Bəli, bu şəkildə kəfənlənmə şəriət nöqteyi-nəzərindən doğru deyil. Yalnız yenə də ö dövrü (İslam adət-ənənələrinə qadağa qoyan sovet dövrü nəzərdə tutulur-red.) nəzərə almağınızı vurğulamalıyam”.

Tabutun düz arxasındakı gur saçlı şəxs Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovdur...

Mehdixan Vəkilovdan sağda mərhum şairin oğlu Vaqif Səmədoğlu, yanındakı onun anası – Səməd Vurğunun həyat yoldaşı Xavər xanımdır. Xavər xanımdan sağda şairin digər övladları - qızı Aybəniz xanım və böyük oğlu Yusif Səmədoğlu gedir...

Fotoşəkildə ən soldakı şəxs görkəmli rejissor-aktyor Adil İsgəndərov, tabutu daşıyanlardan öndə gedən soldakı şəxs isə yazıçı Mehdi Hüseyndir. Mehdi Hüseynin arxasında tabutu daşıyan şəxs yazıçı Osman Sarıvəllidir.


Şəkillə bağlı digər diqqətçəkən məqam ən sağda dayanmış Sovet İttifaqı Qəhrəmanının kimliyidir ki, bu haqda da məlumatı  olan yoxdur.

 


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18