Arxiv
31 mart 2021, 10:24 | ANALİTİKA
“Armen Sarkisyan dolayısıyla Paşinyana dəstək verdi” - ŞƏRH

Ermənistan prezidenti Armen Sarkisyan ölkəsindəki vəziyyəti olduğu kimi qiymətləndirib. O deyib ki, Ermənistan çoxvektorlu böhran içərisindədir: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir”. Emənistan prezidenti Dağlıq Qarabağ mövzusu üzərində ayrıca dayanıb: “Biz Dağlıq Qarabağın əksəri ərazisini və minlərlə gəncimizi itirmişik. Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb”.

Armen Sarkisyan Ermənistanın mənəvi-pisoxoloji böhranın yaşandığını isə bu sözlərlə izah edib: “Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışırlar. Ermənistandan köç böhranlı miqyas ala bilər”.

Politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistan prezidentinin dedikləri həqiqətdir.

“Ancaq o bu həqiqətləri səsləndirməklə parlament seçkisi öncəsində nə demək istəyir və ya hansı güclərə üstünlük verdiyini nümayiş etdirməyə çalışır? Fikrimcə, prezidentin bu açıqlamasının baş nazir Nikol Paşinyana bir zərəri yoxdur. Paşinyan prezidentin vurğuladığı böhrandan çıxış yolu kimi qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasını təklif edir, əks halda, Ermənistanda böhran dərinləşməkdə davam edəcək. Armen Sərkisyan isə hazırki böhranı bənd-bənd sadalamaqla Paşinyana dolayısıyla dəstək vermiş olur”.

E.Şahinoğlu xatırladıb ki, Armen Sarkisyanın Böyük Britaniya ilə sıx bağlılığı var, keçmişdə bu ölkənin pasportuna sahib olub.

“O, bir müddət Paşinyanın təlimatı əsasında baş qərargah rəisinin istefası qərarını təsdiq etməsə də, baş nazirlə toqquşmaya da getmədi, müxalifətdən məsafə saxladı. Çünki, erməni müxalifətinin əksər hissəsi Rusiyaya vassallıq siyasətinə üstünlük verir, Armen Sarkisyan isə Paşinyan kimi Qərblə də əməkdaşlığın tərəfdarıdır. Demək, Armen Sarkisyan da gələcəkdə Ermənistanın Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərinin açılmasına tərəfdar olmalıdır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30 Naməlum virus DƏHŞƏTİ: 165 uşaq öldü 21 Oktyabr 2021, 16:24 Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ! 21 Oktyabr 2021, 16:19 Pambıqçılıqla bağlı yeni LAYİHƏ 21 Oktyabr 2021, 16:14 Metro gücləndirilmiş rejimə keçir 21 Oktyabr 2021, 16:08 Milyarder Vahid Ələkbərov Bakıdadır - FOTO 21 Oktyabr 2021, 16:02 Bu şəxslər dövlət rüsumu ÖDƏMƏYƏCƏK 21 Oktyabr 2021, 15:56 Vitse-spikerin məqaləsi Qazaxıstan MƏTBUATINDA 21 Oktyabr 2021, 15:50 Lirə dollara qarşı minimuma düşdü 21 Oktyabr 2021, 15:45