Modern.az

Rəmişin xanımı koronavirus xəstəsidirsə... ona küçəyə çıxmağa kim icazə verib? 

Rəmişin xanımı koronavirus xəstəsidirsə... ona küçəyə çıxmağa kim icazə verib? 

6 Aprel 2021, 16:00

Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun koronavirusdan vəfat etməsi, həyat yoldaşı Gülşən (Gülü) Hüseynovanın isə koronavirus xəstəsi olması ətrafında yaranmış müzakirələr səngimək bilmir. Müzakirələri daha da qızışdıran isə bir neçə gün əvvəl Xalq artisti Mənsum İbrahimovun Rəmişi xəstəxanada ziyarət etməsi, daha sonra mərhumun dəfn mərasimində Gülşən Hüseynovanın tibbi maska taxmadan iştirakı və ətrafında kifayət qədər insanın toplaşmasıdır.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına görə, koronaviruslu xəstənin ictimai yerlərə çıxışı qadağandır.

 

Bəs belə olan halda, əgər Gülü Hüseynova doğrudanda xəstədirsə, virusun yayılması baxımından ictimaiyyət arasına necə çıxır?

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər hansı qurum tərəfindən onlara bu barədə məlumat daxil olmayıb:

 

“Daxili İşlər Nazirliyinə Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun həyat yoldaşı Gülşən (Gülü) Hüseynovanın koronavirus xəstəsi olması, həmçinin, onun müalicə aldığı yeri tərk etməsilə bağlı hər hansı məlumat və ya müraciət daxil olmayıb”.

 

Xatırladaq ki, pandemiya dövründə karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Rəmişin və həyat yoldaşının koronavirus testinin pozitiv çıxdığına dair məlumat yayıb.

G.Hüseynova isə özünün koronavirus xəstəsi olmadığını iddia edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir