Modern.az

“Ukraynaya bütün dəstəyimizi verməyə hazırıq” - Ərdoğan

“Ukraynaya bütün dəstəyimizi verməyə hazırıq” - Ərdoğan

10 Aprel 2021, 21:42

“Strateji müttəfiqliyimizin üzərində durduq. Görüşlərimizdə bütün əlaqələrimizi ətraflı müzakirə etdik”.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edirlər:

 

“Krımın ilhaqını tanımama qərarımızı bir daha vurğuladıq. Qara dəniz sülh, əmin-amanlıq və əməkdaşlıq dənizi olmalıdır.

Bu məsələdə Ukraynaya bütün dəstəyimizi verməyə hazırıq. Mövcud böhran diplomatik yollarla sülh şəraitində həll olunmalıdır. Narahatedici gərginləşmənin ən qısa zamanda başa çatmasını, atəşkəsin davam etməsini arzu edirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi