Modern.az

Rövnəq Abdullayev maliyyə nəticələrini Mikayıl Cabbarova təqdim etdi - FOTOLAR

Rövnəq Abdullayev maliyyə nəticələrini Mikayıl Cabbarova təqdim etdi - FOTOLAR

12 Aprel 2021, 11:37

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib. 

 

Azərbaycan İnvestisiya Holdinqindən (AIH) Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin şirkətlə bağlı verdiyi tapşırıqların icra vəziyyəti müzakirə olunub.

 

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Müşahidə Şurası SOCAR-ın funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir. İclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İdarə Heyətinin üzvləri şirkətin 2020-ci il üzrə audit olunmamış, konsolidə edilmiş maliyyə nəticələrini təqdim ediblər.

 

Sonra iclasda Dövlət Neft Şirkətinin maliyyə nəticələrinin daha da yaxşılaşdırılması, Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək növbəti tədbirlər müzakirə edilib.

 

İclas iştirakçıları SOCAR-in inzibati binasında təşkil edilmiş “Azərbaycan nefti” sərgisi ilə tanış olublar.

 

Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır