Arxiv
12 Aprel 2021, 19:39 | AKTUAL
"Bizim bir adımız var, biz azərbaycanlıyıq!" - Vətən Müharibəsi qəhrəmanı

"Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

 

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ümummilli liderimiz Heydər Əliyevin arzusudur, vəsiyyətidir. Siz Şuşanın işğaldan azad olunan günü Ulu Öndərimizin məzarını, Şəhidlər xiyabanını ziyarət edərkən demişdiniz: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, cənab Prezident, ulu öndərimiz Heydər Əliyev istəyirdi ki, müstəqil Azərbaycanın güclü ordusu olsun, peşəkar hərbçilərimiz olsun. Onlar bütün dünyaya göstərsinlər ki, azərbaycanlılar suda da, quruda da, səmada da düşmənlərimizi məhv etməyə qadirdirlər. Elə bu məqsədlə də Ulu Öndərimiz düz əlli il bundan əvvəl indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı.

 

Cənab Prezident, Siz vaxtilə demişdiniz ki, müasir, mütəşəkkil ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. İndi isə mən rəşadətli, qalib bir Ordunun şəxsi heyəti adından böyük qürur hissi ilə deyirəm: Azərbaycan Ordusunun, qalib ordunun səviyyəsinin yüksəldilməsi, ordumuzun bütün güclü dünya orduları sırasında yer alması şəxsən Sizin, Müzəffər Ali Baş Komandanımızın adı ilə bağlıdır. Bu müharibədə digər amillərlə yanaşı, Ulu Öndərimizin azərbaycançılıq məfkurəsi də qələbə çaldı, cənab Prezident".

 

Modern.az-ın xəbərinə görə, bunu Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təltif olunan hərbi qulluqçularla görüşü zamanı Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ramazan Hudulov deyib.

 

R.Hudulov vurğulayıb ki, Azərbaycan monoetnik dövlət olan Ermənistandan fərqli bir dövlətdir, tolerant bir ölkədir:

 

"Burada bir çox xalqların nümayəndələri - türklər, ləzgilər, avarlar, talışlar, ruslar, yəhudilər, udilər, tatlar və digər xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən avar xalqının nümayəndəsiyəm. Mən Azərbaycan vətəndaşıyam. Bizim bir adımız var, biz azərbaycanlıyıq! Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi.

 

Cənab Prezident, mən Xocavənd, Füzuli uğrunda döyüşlərdə, Qarabağımızın tacı olan Şuşa şəhərinədək döyüş yolu keçmişəm. Daşaltı uğrunda gedən ölüm-qalım savaşında tabor komandirimiz ağır yaralandıqdan sonra ekstremal vəziyyətdə tabor komandiri kimi, çətin, məsuliyyətli vəzifənin ağırlığını öz üzərimə götürərək qarşımıza qoyulan mühüm döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olmuşuq.

 

Siz isə bütün xidmətlərimi nəzərə alaraq, məni ən yüksək fəxri ada - “Vətən müharibəsi qəhrəmanı” adına layiq görmüsünüz. Sizi əmin edirəm ki, bu ali etimadı bundan sonra da Vətənimizə, dövlətimizə, millətimizə, öz doğma Azərbaycanımıza sədaqətli xidmətimlə doğruldacağam".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI 6 May 2021, 16:40 Yoluxma azalır, sağalanlar çoxalır - 18 nəfər öldü 6 May 2021, 16:34 Nazir: Azərbaycanda qeyri-neft ixracı artıb 6 May 2021, 16:22 Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi 6 May 2021, 16:16 Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00 Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir 6 May 2021, 13:57 Bu şəxslər dəfn edilərkən hərbi ehtiram göstəriləcək 6 May 2021, 13:52 Dövlət Xidmətinin 37 yaşlı yeni rəis kimdir? - TƏRCÜMEYİ-HAL 6 May 2021, 13:46 Daha bir ölkə “erməni soyqırımı”nı tanıdı 6 May 2021, 13:41 İstanbulda yaşayış binası çökdü - VİDEO 6 May 2021, 13:35 İcra başçısı Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 6 May 2021, 13:30