Modern.az

NATO qoşunları Əfqanıstandan çıxarılır

NATO qoşunları Əfqanıstandan çıxarılır

15 Aprel 2021, 00:50

NATO qoşunlarının Əfqanıstandan tədricən çıxarılması mayın 1-də başlanacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirliklərinin başçıları və müdafiə nazirlikləri ilə videokonfrans nəticəsinə əsasən bildirib.

 

"Biz hamımız birlikdə Əfqanıstanın ölkələrimizə qarşı terror hücumları təşkil edən terrorçuların sığınacağı olmadığına əmin olduq. Əfqanıstana təhlükəsizlik qüvvələri yaratmağa kömək edə bildik. Biz mayın 1-də Qətiyyətli Dəstək Əməliyyatı qüvvələrini çıxarmağa başlayırıq. Çıxış əlaqələndirilmiş və mütəşəkkil şəkildə baş verəcək. Bütün qüvvələr bir neçə ay ərzində Əfqanıstandan çıxarılcaq".

 

O, vurğulayıb ki, NATO əfqan xalqına kömək etməyə davam edəcək, amma əfqanlar özləri ölkədə sülh yaratmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir