Modern.az

Azərbaycanda yoluxma azaldı, sağalanların sayı artdı - 32 nəfər öldü

Azərbaycanda yoluxma azaldı, sağalanların sayı artdı - 32 nəfər öldü

Hadisə

16 Aprel 2021, 19:10

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, 2251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 296374 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 260193 nəfər müalicə olunaraq sağalıb, 4077 nəfər vəfat edib, aktiv xəstə sayı 32104 nəfərdir.

 

Ölkədə son sutka ərzində 13478, hazırkı dövrədək isə 3082157 test aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!