Modern.az

Tələbə rektoru təbrik etdi

Tələbə rektoru təbrik etdi

21 Aprel 2021, 09:14

1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində gələcəyin böyük alimi, ömrü boyu dövlətinə, vətəninə, xalqına şərəflə xidmət edəcək bir körpə dünyaya gəldi. O körpə Cəfər Cəfərov idi...

 

Bu gün (21 Aprel) tarix elmləri doktoru professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tələbələrin və professor-müəllim heyyətinin sevimlisi  Cəfər Cəfərovun 61 yaşı tamam olur.

 

Cəfər Cəfərov yüksək səviyyəli savada və idarəetmə qabiliyyətinə malik olmaqla yanaşı, çox yüksək insani keyfiyyətlərə malik bir şəxsdir. Həmişə vətənimizə, xalqımıza şərəflə xidmət etməyi özünə borc bilən Cəfər Cəfərov Azərbaycan xalqı tərəfindən milli mənəvi dəyərlərə böyük önəm verən, mədəniyyətimizin geniş təbliğ edilməsi istiqamətində əvəzolunmaz işlər görən vətənpərvər alim kimi tanınır.

 

Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edildiyi gündən ADPU müasir inkişaf yoluna qədəm qoyub. Azərbaycanın gələcəyi üçün savadlı, vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində Cəfər Cəfərov ADPU-da əsaslı islahatlar həyata keçirir. Bu islahatların nəticəsidir ki, ADPU durmadan inkişaf edir və gələcəyə inamla irəliləyir.

 

Qocaman ali təhsil müəssisi olan ADPU professor Cəfər Cəfərovun rəhbərliyi ilə bu il 100 yaşını qeyd edəcək. 100 illiyin qeyd edilməsi üçün xeyli vaxtdır hazırlıq işləri aparılır. Cənab Prezident İlham Əliyevin ADPU-nun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalaması bizi çox sevindirdi. Bu göstərdi ki, pedaqoji kadrların hazırlanması ilə məşğul olan ADPU vətənimiz, xalqımız və dövlətimiz üçün çox böyük əhəmiyyətə malikdir.

 

Mən özümü çox xoşbəxt insan hesab edirəm. Ona görə ki, ADPU-nun 100 illiyini görən tələbələrdənəm və Cəfər Cəfərov kimi sadə, səmimi bir insanın rəhbərlik etdiyi Universtetdə təhsil alıram. Belə xoşbəxtlik hər kəsə qismət olmur. Bunları mənə qismət etdiyi üçün uca Allahıma şükür edirəm.

 

Mən əminəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına daxil olacaq. O zaman Azərbaycan böyük bir uğura imza atacaq. Bu uğurun qazanılmasında cənab Prezident İlham Əliyevin güvəndiyi, müxtəlif vəzifələrə təyin etdiyi, etimad göstərdiyi insanların da böyük rolu olacaq. Belə insanlardan biri də Cəfər Cəfərovdur.

 

Mən ADPU-nun tələbəsi və gənc nəsilin nümayəndəsi kimi əziz,dəyərli və nur üzlü rektorumuz, professor Cəfər Cəfərovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, cəfakeş alimə uzun ömür can sağlığı, bütün həyatı boyu xoşbəxtlik arzu edirəm.

 

Cəfər müəllimin bu ilki doğum gününü müqəddəs Ramazan ayına təsadüf edir. Uca Allahdan müqəddəs Ramazan ayının hörməti xatirinə Cəfər müəllimə bütün ömrünü boyu sağlam, problemsiz, sevinc dolu həyat sürməyini arzu edirəm. Geniş ürəyə sahib olan gözəl insan Allah sizi qorusun... 100 yaşayın... Amin!

 

Hörmətlə: Anar Salehoğlu (Qarayev)

Azərbaycan Dövlət Pedaqoji Universitetin Tarix və Coğrafiya fakültəsinin tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı