Modern.az

Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi

Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi

23 Aprel 2021, 13:18

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul edib.

Modern.az xəbər verir ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumatı təqdim etdikdən sonra müzakirələr olub, deputatlar rəy və təkliflərini bildiriblər. 

Hesabatda qeyd edilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilən 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikası vətəndaşı, 1-i isə əcnəbi olub. Bu şəxslərdən 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb:

“Zərərçəkənlərdən 80-ni sığınacağa yerləşdirilərək, hər birinə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib. ƏƏSMN-in insan alveri qurbanları üçün yardım mərkəzində 90 qurbanın reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlər görülüb. Onlardan 12-si işlə təmin olunub, 25-i peşə kurslarına göndərilib, 58-i ailələrinə qaytarılıb. Doqquzuna şəxsiyyəti təsdiq edən sənədlərin alınmasına kömək edilib və hər birinə 700 manat birdəfəlik müavinət ödənilib.
Qurbanların övladları da diqqətdə saxlanılaraq, 12 uşaq məktəbəqədər təhsil proqramlarına cəlb edilib. Doqquzunun atalığı müəyyən edilərək aliment alması, 14-nə doğum şəhadətnaməsinin verilməsi təmin olunub”.

Seyfulla Əzimov qeyd edib ki, internet informasiya resurslarının və KİV-lərin monitorinqi zamanı insan alveri, onun növləri və ictimai mənəviyyat əleyhinə olan 370-ə yaxın huquqazidd əməl aşkarlanıb və qanunauyğun tədbirlər görülüb.

Müzakirələrdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir