Modern.az

Əsəd ümumi amnistiya haqqında fərman imzaladı

Əsəd ümumi amnistiya haqqında fərman imzaladı

Dünya

2 May 2021, 18:14

Suriya prezidenti Bəşər Əsəd ölkədə ümumi amnistiya haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Suriya dövlət başçısının dəftərxanası rəsmi Telegram-kanalında məlumat yayıb.

 

Fərmana əsasən, amnistiya ölkədə 2021–ci il mayın 2-dək törədilən cinayətlərə şamil edilir. Sənəd hüquqpozmalara, hərbi xidmətdən yayınmaya və digər cinayətlərə dair cəzadan tam azadetməni nəzərdə tutur.

 

Silah və partlayıcı maddə qaçaqmalçılığına, casusluğa və dövlətə xəyanətə görə mühakimə olunanlar amnistiyanın təsir dairəsinə düşmür.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir