Modern.az

Səudiyyə Ərəbistanı sərhədləri açır

Səudiyyə Ərəbistanı sərhədləri açır

Dünya

2 May 2021, 21:57

Səudiyyə Ərəbistanı sərhədləri açır və mayın 17-dən etibarən öz vətəndaşları üçün digər ölkələrə səyahət məhdudiyyətlərini ləğv edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin tvitter səhifəsində məlumat yayılıb.

 

"17 may 2021-ci il yerli vaxtla saat 01: 00-dan etibarən vətəndaşlar üçün səyahət məhdudiyyətləri ləğv ediləcək və digər ölkələrlə su, quru və hava əlaqələri açılacaq" - nazirlik qeyd edib.

 

Əcnəbilər Səudiyyə Ərəbistanına gəldikdən sonra məcburi 14 günlük karantində qalmalı olacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir