Modern.az

Ermənistanın eks-Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Ermənistanın eks-Baş Qərargah rəisinə cinayət işi AÇILDI

3 May 2021, 18:33

Ermənistan Ordusunun eks-Baş Qərargah rəisi general-polkovnik Movses Akopyan barəsində cinayət işi başlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirrini yayma) ilə cinayət işi başladıb.

Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

 

Xatırladaq ki, Movses Akopyan 44 günlük müharibə barədə verdiyi qalmaqallı açıqlamaları ilə ictimaiyyətin diqqətini cəlb edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi