Arxiv
4 May 2021, 09:19 | QARABAĞ
Şəhid atası oğlunun döyüşdüyü yüksəkliyə QALXDI: “Səidə həsəd apardım”

Vətən müharibəsinin şəhidi, baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun döyüşdüyü və həlak olduğu Hadrut rayonuna səfər edib.

Modern.az xəbər verir ki, Nofəl Qasımov səfəri barədə qısa qeydində bildirib:

“Qarabağa bu səfərlə əlaqədar məni təbrik edənlərin hamısına minnətdaram... Getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya – onun sancdığı bayrağı dəyişməyə... Hadruta getdim və gəldim! Mən ömrümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda oğlum Səidə həsəd apardım. İlahi, bunlar ora necə çıxıblar?”.

Səid Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmətə başlayıb. 

Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrutun girişindəki Şişqaya deyilən yüksəkliyi azad edib, bayrağı sancan zaman snayper gülləsi ilə vurulub.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhid atası Nofəl Qasımov Füzuli rayonu İcra Hakimiyyətinin keçmiş başçısıdır. O, Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə batalyonunu komandiri kimi vuruşub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı - YENİLƏNİB 16 May 2021, 15:28 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:14 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55 “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” müzakirəsi aparıldı 16 May 2021, 12:50 Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi 16 May 2021, 12:44 Sabah 35 dərəcə isti olacaq 16 May 2021, 12:38 Azərbaycanda QİÇS xəstələrinin SAYI 16 May 2021, 12:32 Çəltik əkən şəxsə dövlət bu qədər pul ödəyəcək - MƏBLƏĞ    16 May 2021, 12:26 Dünya ölkələrində ən qeyri-adi QADAĞALAR 16 May 2021, 12:14 12 nəfərin də hərbi səbəblərlə bağlı əlilliyi LƏĞV EDİLDİ 16 May 2021, 12:10 Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlandı - FOTOLAR 16 May 2021, 12:05 Daha bir rayonun DSMF sədri HƏBS OLUNDU 16 May 2021, 12:00