Modern.az

Prokurorluqdan icra başçısının 1-ci müavininə XƏBƏRDARLIQ

Prokurorluqdan icra başçısının 1-ci müavininə XƏBƏRDARLIQ

Ölkə

4 May 2021, 15:59

Baş Prokurorluq Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovaya xəbərdarlıq edib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Nuru qızı Bayramovanın qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.

 

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır