Dünən dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.

 

Modern.az-ın məlumatına görə, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində, yaşadığı evdə keçirilib. O Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.

 

Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən o Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb.

 

Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi.

 

O 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.