Modern.az

Vaqif Səmədoğlu: "Bilmirəm, Ramiz Mehdiyev buna reaksiya verəcəkmi?"

Vaqif Səmədoğlu: "Bilmirəm, Ramiz Mehdiyev buna reaksiya verəcəkmi?"

Təhsil

22 Sentyabr 2012, 12:29

Xalq şairi, əməkdar incəsənət xadimi Vaqif Səmədoğlu Ağa Laçınlının varislərini müdafiə edib. Bu barədə Modern.az-a danışan şair bildirib ki, məsələ ilə bağlı prezidentə də müraciət edə,  yaza bilər: “Vallah, mənim belə işlərdən başım çıxmır. Ramiz Mehdiyev reaksiya verəcəkmi? Bilmirəm. Ailə gərək Azərbaycan Yazıçılar Birliyinə də (AYB) müraciət eləsin. O halda biz Prezidentə də yaza bilərik”.

V. Səmədoğlu bildirib ki, hazırda Bakıda deyil, amma şəhərə gələndə bu işlə daha dərindən maraqlanacaq.

Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov anasının adına rəsmiləşdirdiyi sənədlə mərhum şair Ağa Laçınlıya verilmiş torpaq sahəsini zəbt edib. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 5 sentyabr sayında dərc edilən “Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı yazı bu məsələyə həsr olunub.

Bu məsələ ilə bağlı ictimai xadimlər də öz fikirlərini bildiriblər.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır