Modern.az

Bu il bir sərnişini 97 qəpiyə daşıyacağıq” - “Bakı Metropoliteni”

“Bu il bir sərnişini 97 qəpiyə daşıyacağıq” - “Bakı Metropoliteni”

8 May 2021, 17:38

"Metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır. Tarif Şurasına müraciət edilərsə, bunu da ictimaiyyətə çəkinmədən açıqlamağa hazıram".

 

Bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib

O qeyd edib ki, hər bir sahədə olduğu kimi metroda da proqnozlaşdırma var:

"Hesbalanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir. 2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib, amma 30 qəpiyə daşınıb".

B.Məmmədovun sözlərinə görə, 97 qəpik proqnozlaşdırılandır rəqəmdir:

"Bəlkə metro iyunun 1-i açılmayacaq.
Yəni gözlənilən və ya proqnozlaşdırılan hələ fakt deyil.
Bəlkə açılacaq 132 milyon deyil, daha az və ya dah çox daşınacaq. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq.
Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır".

Qurum rəsmisi metropolitençilərin işləmədiyini deyənlərə də cavab verib:

"Bu vəziyyətdə metropoliteni saxlamaq daha böyük zəhmətə, əziyyətə, səyə başa gəlir. Bütün güc, bilik, bacarıq məhz buna yönəlib.
Bu gün metropolitençilər əvvəlkindən daha çox əziyyət çəkir, zəhmət qoyur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir