Arxiv
9 Noyabr 2019, 09:52 | MƏDƏNİYYƏT
...Qırmızı koftalı, yaşıl tumanlı... - Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi - MARAQLI

9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur “Şuşanın dağları” mahnısının da üçrəngli bayraqla bağlılığı var.

Modern.az saytı mahnının yaranması və onun yazılma tarixini sizlərə təqdim edir.

Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən,  Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.

Əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirov olan Xan Şuşinski Şuşada, musiqi  və muğam beşiyinin bünövrəsini qoymuş məşhur Cavanşirlər sülaləsinin nəsil daşıyıcılarından idi.

Xan Şuşinski təkcə muğam ustası olmayıb, o, eyni zamanda,  həm şeir yazır, həm də mahnı bəstələyirmiş. Lakin uzun müddət onun bəstələri xalq mahnısı kimi təqdim edilib. Bir çox hallarda xalq mahnısı kimi təqdim edilən "Şuşanın dağları" mahnısının sözləri də Xan əminindir. Deyilənlərə görə, o zaman mahnının sözlərinə "siyasi don" geyindirənlər tapılıb və bəstəkar-xanəndəni çək-çevirə də salıblar. Şuşanın dağlarının başının niyə dumanlı olması, bununla onun nə demək istəməsi barədə sorğu-sual, az qala, istintaq səviyyəsinədək yüksəlibmiş. Bundan yaxa qurtarmaq üçün hətta Xan Şuşinski mahnının sözlərini bilərəkdən dəyişib, "Şuşanın dağları deyil dumanlı"  şəklində də ifa edibmiş.

Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı yaşıl tumanlı.

Bu mahnıya görə uzun müddət təqiblərə məruz qalan Xan Şuşinski Sovetlərin “milli mənəviyyatı məhvetmə” siyasəti zamanı Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf etdi: mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir.

Göy qırmızı və yaşıl rənglər ilk müstəqil Azərbaycan dövlətinin rəmzində əks olunur. Hələ 1918-ci ildə qəbul edilən üçrəngli bayraq ölkəmizin türkçülüyünü, müasirliyini və İslam dininə mənsub olduğunu göstərir. Bayraqda təsvir olunan aypara və ulduza gəldikdə isə bu barədə çoxlu fərziyyələr var.

Aypara ilk dəfə Bizans imperiyasında yaranan qədim türk rəmzidir. Konstontinopolun fəthindən başlayaraq türklər uzun müddət işğal etdikləri ərazilərdə öz simvolu kimi ayparadan istifadə edirdilər. Sonradan bu simvol İslamın rəmzi kimi də istifadə olunmağa başladı. Çünki, türklər müsəlman dünyasında ən böyük imperiyanın yaradıcıları idi. Nəticə odur ki, bayraqdakı aypara bir türk dövlətindən xəbər verir.

Səkkizguşəli ulduz isə əski Azərbaycan əlifbasında Azərbaycan sözündəki hərflərin sayıdır. Tarixi mənbələrin əksəriyyəti səkkizgüşəli ulduza bu cür açıqlama versə də, bəzən bu simvolun 8 sərkərdə ilə bağlı olduğunu da deyirlər. Amma mübahisəli variant tək bu deyil.

Bir sözlə tarix bizdən çox şeyi gizlədir. Əsas odur ki, biz tariximizi bilək və gizlətməyək. Azərbaycanın qədim tarixi var və bu özünü dövlət rəmzlərində, onların etimalogiyasında açıq-aydın göstərir.

 

Sənət o zaman sevilir ki, sənətkarda xarakter bütöv olsun. Kamil sənətkar eyni zamanda həm də şəxsiyyət kimi formalaşmış insan deməkdir.  Xan Şuşinskidə bu fəlsəfi anlamlar  bitkin və bütöv olduğundan, o, sözün əsl mənasında, ustad və şəxsiyyət kimi tanınıb. O, bütün muğamları  məharətlə ifa edirdi. Ritmik  muğamları isə qeyri-adi bir ustalıqla oxuyar, dinləyicidə böyük ruh yüksəkliyi  yaradardı. Azərbaycan musiqi tarixinin əvəzsiz korifeyi sayılan Xan Şuşinskinin səsinin yadigarı kimi onun 40 saatlıq lent yazısı qalıb.

Şuşanın dağlarının başı dumanlı olsa da,  o yerlərə qayıtmağa hələ çoxdu gümanlı...

 

 
Pərvin ARZUQIZI

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13 “Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva 14 Dekabr 2019, 14:51 Metroda UNEC tələbələrinin sərgisi keçiriləcək 14 Dekabr 2019, 14:34 Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı 14 Dekabr 2019, 14:20 Toy karvanından çıxan maşın qaz şkafına girdi - əhali qazsız qaldı 14 Dekabr 2019, 13:56 Ərdoğan Qənirə Paşayevanın şeirini OXUDU 14 Dekabr 2019, 13:33 Azərbaycanlı olimpiya ÇEMPİONLARI – onlar indi nə işlə məşğuldurlar? 14 Dekabr 2019, 13:13 Bazar gününün HAVA PROQNOZU 14 Dekabr 2019, 12:56 Qarabağın azərbaycanlı icması Avropanın 751 deputatına SƏSLƏNDİ 14 Dekabr 2019, 12:37 İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır” 14 Dekabr 2019, 12:22 Goranboyda uşaqlar arasında musiqi yarışması keçirildi - FOTOLAR 14 Dekabr 2019, 11:58 Qələmin gücü paklıq prinsipinə məğlub oldu 14 Dekabr 2019, 11:42 Parlamentlərarası Dostluq qrupunun rəhbəri ABŞ Senatının qətnaməsini pislədi 14 Dekabr 2019, 11:42 Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək 14 Dekabr 2019, 11:33 Baş Nazir yeni Fondla bağlı qərar VERDİ 14 Dekabr 2019, 11:22 Polis 31 şübhəlini SAXLADI 14 Dekabr 2019, 11:16 Azercell hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət etdi   14 Dekabr 2019, 11:07 Paytaxtda avtobus QƏZASI: yaralananlar var 14 Dekabr 2019, 10:58 Bütün ailə üzvləri namizəd olan bələdiyyə sədri geri çəkildi 14 Dekabr 2019, 10:53 ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik” - Bahar Muradova 14 Dekabr 2019, 10:42 Paytaxtda dəhşətli CİNAYƏT: Ana və qızı evində öldürüldü 14 Dekabr 2019, 10:13 “Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər” 14 Dekabr 2019, 09:56