Modern.az

Bakıda I sinfə qəbul üçün 43 mindən çox müraciət daxil olub

Bakıda I sinfə qəbul üçün 43 mindən çox müraciət daxil olub

Təhsil

18 May 2021, 13:26

Paytaxt məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem (//www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib.


Bu barədə Modern.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (//baku.edu.gov.az/az/page/276 ) fəaliyyət göstərir.


Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (//mektebeqebul.edu.az/ ) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü