Arxiv
20 May 2021, 08:54 | ANALİTİKA
Putin Əliyevlə Paşinyana zəng etməkdə nə məqsəd güdür? - ŞƏRH

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon söhbəti olub.

 

Söhbət zamanı regionda 44 günlük müharibədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

 

Modern.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Putinin İlham Əliyevə, ardınca Paşinyana zəng etməsindən iki nəticə çıxır:


“Birincisi, Rusiya tərəf olmayacaq. Ermənistanın KTMT-ni prosesə qoşmaq və Moskvanı tərəf etmək cəhdləri baş tutmur. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasından bir şey çıxmadı. Tokayevlə Əliyevin telefon söhbəti, Belarusla Azərbaycan arasında hərbi əməkdaşlıq planının imzalaması Bakının KTMT-də mövqelərinin İrəvandan daha güclü olduğunu göstərir. Təşkilatın baş katibi Stanislav Zasın dünən “10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativinin olmadığını qeyd edirik” açıqlaması da Putinin sözlərinin təkrarı idi. Putinin Bakı və İrəvana “siyasi-diplomatik həll yolu” təklif etməsi Moskvanın tərəf olmayacağına dair son mövqeyinin çatdırılmasıdır.


İkincisi, tərəf olmayan Rusiya sərhəd mübahisəsi ilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə paylaşdığı və zəifləyən “vasitəçilik missiyasını” yeni formatda gücləndirdi. Putinin eyni gündə Əliyev və Paşinyanla danışması Qarabağla yanaşı, yeni bir məsələ üzərindən “vasitəçiliyinin” qeyri-rəsmi formada açıq elan edilməsidir”.


Ekspert deyir ki, bu zəng bir informasiya fonunda xüsusilə diqqət çəkir və “niyə bu gün” sualını önə çıxarır:


“Ermənistan mediası dünən Tehrandan İrəvana 10 yüksək rütbəli İran hərbçisinin gəldiyini yazır. İran hərbçilərinin Ermənistana hərbi yardım təklifi ilə gəldiyi istisna deyil. Tehran üçün Rusiyadan və KTMT-dən dəstək ala bilməyən Ermənistana kömək etmək bölgədə mövqelərini gücləndirmək baxımından yaxşı fürsətdir. Tehran Paşinyanı bölgədə Bakıya qarşı mübarizədə İrəvana kömək edəcək yeganə gücün İran olduğuna inandırmaq istəyir. Qarabağ müharibəsindən sonra İranın bölgədə həm də “çirkli pulların” yuyulması mexanizminə ziddi zərər dəyib və Tehran bütün vasitələrlə itirdiklərini bərpa etməyə çalışır.


İran zabitlərinin Ermənistana kömək təklifi apardığı gün Putinin Bakı və İrəvana zəngi bölgədə “hakim” missiyasının yalnız Rusiyaya məxsus olduğunu çatdırmaq idi, xüsusilə Paşinyanın diqqətinə”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirir ki, Rusiya prezidenti Vladimir Putin müharibəyə qədər Dağlıq Qarabağ mövzusu ilə xüsusi olaraq maraqlanmırdı.

“Putin müharibə və ondan sonrakı dövrdə fəallaşdı, iki bəyanatın (10 noyabr və 11 yanvar) hazırlanmasını təmin etdi, üstəgəl də ən azı ayda bir dəfə Bakıya və İrəvana zəng edir, vəziyyətlə maraqlanır. Vladimir Putin dünən də həm Bakıya, həm İrəvana zəng edib. Çünki, Putinə aydındır ki, Azərbaycanla Ermənistan sərhəddində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər. Bu isə Rusiyanın və şəxsən Putinin maraqlarına cavab vermir. Çünki müharibə yenidən başlayarsa Putinin vasitəçiliyinin və iki bəyanatın nəticəsiz qaldığı üzə çıxacaq, Kremlin imici yerlərdə sürünəcək. Ona görə də Putin hər dəfə tərəflərə xəbərdarlıqlarını çatdırır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun da partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50