Arxiv
29 May 2021, 14:25 | DİASPOR
28 May - Respublika Günü Kanadada qeyd olundu - FOTO

Kanadada Azərbaycan dilinin tədrisi ilə məşğul olan həmyerlimiz Yeganə Cəfərovanın rəhbəri olduğu "Toronto Azərbaycan Dili Sinfi"nin şagirdləri 28 May - Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildünümü münasibətilə xalqımıza öz təbriklərini çatdırıblar. Şagirdlər öz təbrik çıxışlarında bildiriblər ki, 28 May müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür və 1990-cı ildən bu şanlı tarix dövlət bayramı kimi qeyd edilir.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, şagirdlər Azərbaycan şairələri Solmaz Şirinin "Azərbaycanım", Sədaqət Əhmədovanın "Azərbaycan", müasir Azərbaycan şeirinin görkəmli nümayəndələri Əhməd Cəmilin “Vətən” və Hikmət Ziyanın "Anamız Azərbaycan" şeirlərindən parçalar səsləndirib, Məhəmməd Əmin Rəsulzadənin 28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına xitabından götürülmüş "Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" misralarını söyləyiblər.

 

Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında isə Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildünümünə həsr olunmuş ingilis dilində videomaterial hazırlanıb.

 

Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan videomaterialda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi barədə ətraflı məlumat verilib. Bu nailiyyətin xalqımızın uzun illər apardığı milli azadlıq mücadiləsi, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət qurucularının fədakar fəaliyyəti nəticəsində əldə olunduğu nəzərə çatdırılıb. Cəmi 23 ay fəaliyyət göstərən AXC-nin nail olduğu uğurlar sadalanıb, 70 il sovet əsarətində qalan xalqımızın 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərqərar etdiyi yada salınıb.

 

Videomaterialı aşağıdakı linkdən izləmək mümkündür:

 

https://www.facebook.com/WeprayforAzerbaijan/videos/10225898552158755

 

28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənmə QAYDASI 25 Oktyabr 2021, 15:22 İran şahı Müslüm Maqomayevin səhvini niyə bağışlamışdı - Bir hadisənin TARİXÇƏSİ… 25 Oktyabr 2021, 15:21 10 “arzuolunmaz şəxs”: Hansı səfirlər Türkiyəni tərk edib? 25 Oktyabr 2021, 15:08 Lirə antirekord vurmaqda DAVAM EDİR 25 Oktyabr 2021, 15:02 Mehriban Əliyeva hərbçilərimizə dua etdi - FOTO 25 Oktyabr 2021, 14:56 Sabirabaddakı qətlin istintaqı YEKUNLAŞDI 25 Oktyabr 2021, 14:50 Daha bir erməni izi: Bakı-Naxçıvan dəmir yolunda ağac bitib - FOTO 25 Oktyabr 2021, 14:45 Apteklərdən oğurluq edən şəxs saxlanıldı 25 Oktyabr 2021, 14:40 “Teleradio” İstehsalat Birliyinə baş direktor təyin edildi 25 Oktyabr 2021, 14:36 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə GÖRÜŞDÜ 25 Oktyabr 2021, 14:30 Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır 25 Oktyabr 2021, 14:25 Yasamalda narkotik əməliyyatı - 15 nəfər saxlanılıb (VİDEO) 25 Oktyabr 2021, 14:20 11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub 25 Oktyabr 2021, 14:15 “Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20