Modern.az

Elşad İskəndərov və Allahşükür Paşazadə Şimal-Qərb bölgəsinə gedirlər

Elşad İskəndərov və Allahşükür Paşazadə Şimal-Qərb bölgəsinə gedirlər

28 Sentyabr 2012, 15:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimayyətin fəalları üçün 1-2 oktyabr 2012-ci ildə Oğuz şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək. Bu barədə Modern.az-a DQİDK-nin  mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçiriləcək seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, digər rəsmi şəxslər ölkə ictimayətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər.

Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?