Modern.az

Şəhid olmazdan öncə doğulmayan körpəsinə ad qoydu - FOTOLAR

Şəhid olmazdan öncə doğulmayan körpəsinə ad qoydu - FOTOLAR

Mədəni̇yyət

3 İyun 2021, 09:00

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayının sonuncu rəsmi statistikada 2900 nəfər olduğu qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 2 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən 14 hərbi qulluqçumuz da itkin düşmüş sayılır .


Şəhidlərimizin arasında ata olmağa hazırlaşanları, ancaq o hissi yaşamaq qismət olmayanları var idi. Onlar körpələrini qucaqlaya bilməsələr də, övladlarına yaşaya biləcəkləri, işğaldan azad  olunmuş Vətən əmanət edib dünyadan köçdülər. 

Modern.az-ın məlumatına görə, Vətən müharibəsindən sonra 92 şəhid övladı dünyaya gəlib.


Bu körpələrin ayrı-ayrılıqda təqdimatına davam edirik.


Bu dəfə haqqında danışacağımız şəhid Sehran Vəliyevdir. O da körpəsini qucağına ala, qoxlaya bilmədi...


Arayış: Sehran Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Sehran 2000-ci ildə yaşadığı Nəsimikənd kəndinin  Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı  İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranın 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və dəmirçi-çilingər ixtisasını bitirib. 28 aprel 2011-ci ildən Dövlət Sərhəd Xidmətində hərbi qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdıb. 


2021-ci il oktyabrın 2-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.


Şəhdin atası Nizami Vəliyev oğlunun döyüş yolu və nəvəsi barədə qısa olaraq Modern.az-a danışıb.


“Oğlum Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdən birində Xüsusi Təyinatlı Qüvvələrimizin bölməsi mühasirəyə düşür. Hərbi hissə komandiri heyəti sıraya düzüb soruşur ki, “kim mənimlə könüllü gedər?”. Eləcə də sağ çıxma ehtimalının az olduğunu söyləyir.

Sehran və döyüş yoldaşları könüllü getmək üçün önə çıxırlar. Döyüşə başlamazdan öncə Sehran yoldaşlarına deyir ki, “mən şəhid olsam, atama deyin ki, oğlun kişi kimi döyüşüb, o zirvəyə yüksəldi”.
Sehran oktyabrın 2-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb”.


Sehran Vəliyev sonuncu övladının qoxusunu duymadan dünyadan köçüb...


2 övlad atası olan Sehran üçüncü övladının olacağından xəbərdar idi, amma əfsus ki, körpəsini qoxlaya bilmədi.


Onun böyük övladları Nihadın 5, Nigarın 4 yaşı var. Dünyaya gələcək sonuncu övladı - qızı üçün tək bir arzusu o olub ki, adı Hədiyyə qoyulsun. Körpənin adı qoyulanda belə bir arzusunun olduğundan xəbər tutdum. Həyat yoldaşı söylədi ki, Sehran körpənin adının Hədiyyə qoyulmasını istəyib.
Sehranın ölümündən sonra Hədiyyə ailəmizə sözün əsl mənasında hədiyyə oldu. Oğlumun təsəllisini nəvələrimdə tapıram. Sehran körpələrini azad vətənə, torpağa əmanət edib dünyadan köçdü. O, körpələr bizim gələcəyimizdir, oğlumun mənə əmanətləridir”.



Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir