Modern.az

“Nissan”dan daha bir yenilik

“Nissan”dan daha bir yenilik

Aktual

1 Oktyabr 2012, 10:03

Nissan Satış və Servis Mərkəzində ənənəvi NISTEC (Nissan Service Technical Contest) yarışması keçirilb. Modern.az xəbər verir ki, yarışma ustaların bilik və bacarıqlarının təkmiləşdirilməsi məqsədilə təşkil olunub. Şərtlərə görə, ustalar 2 yarımqrupa bölünərək avtomobillərdə yaradılan  3 müxtəlif problemi təyin olunan  vaxt ərzində “Nissan”ın müəyyənləşdirdiyi proses ardıcıllığı əsasında fərdi şəkildə tapıb aradan qaldırmalı idilər. “Nissan Servis”in yarışmaya qatılan əməkdaşları onları izləyən həmkarları, rəhbərlik, qonaqlar və medianın gözləri önündə üzərlərinə düşən məsuliyyətli işin öhdəsindən bacarıqla gələ biliblər. Sonda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2), Lənkəran (Ləvəngi dairəsi) və Quba (Heydər Əliyev pr.) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə edib və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilib.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülüb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub