Arxiv
3 İyun 2021, 16:55 | ANALİTİKA
Paşinyan Rusiyaya əvəz axtarır - ŞƏRH

“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıyırdı. Həqiqətən Fransa prezidenti Emmanuel Makron Paşinyanla görüşdə dedi ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər. Makron bu açıqlamanı ikinci dəfədir səsləndirir”.

Modern.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Fransa prezidentinin məsələnin mahiyyətini bilmədən yalnız ermənilərin mövqeyini səsləndirməsi bu ölkənin vasitəçi statusuna kölgə salır.

“Makron prezident olduğu müddətdə Fransa-Azərbaycan münasibətlərini əvvəlki axarına qaytarmaq çətin olacaq. Bunun üçün Makron Azərbaycana münasibətini dəyişdirməlidir. Ancaq Makron müharibə və ondan sonrakı dövrdə olduğu kimi, ermənipərəst siyasətini davam etdirir.

Nikol Paşinyanın Makronla görüşdə səsləndirdiyi digər cümlə diqqəti çəkdi. Paşinyan Ermənistanda keçirilən son sorğuya istinad edərək dedi ki, ermənilərin Fransaya rəğbəti daha da artıb. Bu açıqlama Kremldə xoş qarşılanmayacaq. Çünki həmin sorğunun nəticəsinə görə ermənilərin Fransaya artan rəğbəti Rusiyaya azalan rəğbəti müqabilində baş verib. Ermənilər düşünürdülər ki, Rusiya gəlib onların əvəzinə Azərbaycanla savaşmalıdır və ya sərhəddə Azərbaycan hərbçilərini durdurmalıdır. Bu baş vermədikdə ermənilərin Rusiyaya rəğbəti azalmağa başlayıb”.

Ekspert deyib ki, Nikol Paşinyan Fransaya səfər etməklə parlament seçkisi öncəsi daha çox səs qazanacağına ümid edir.

“Paşinyan bir tərəfdən göstərir ki, o, ermənilərin daha çox rəğbət etdiyi Fransaya səfər edib, digər tərəfdən Fransa prezidenti yenə Ermənistanı dəstəkləyib. Buna baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhəddinin müəyyənləşdirməsinə təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı artıq vasitəçi dövlət kimi qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur. Əksinə, Emmanuel Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə vurur.

Bu arada, yəni iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi diqqəti çəkdi. Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olundu”.

Siyasi şərhçinin bildirdiyinə görə, rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir.


“Ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir. İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Digər tərəfdən, İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərini yerləşdikləri məntəqələrdən çıxarsınlar. Bu mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu, Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür. Moskva bu məsələdə ehtiyatlıdır. Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən, Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə, Türkiyə sərhəd məsələsində Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçilərin Qarabağda yerləşməsi prosesi sürətlənəcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mədət Quliyev xanım səfirlə görüşdü 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satmaqda və saxlamaqda şübhəli bilinənlər saxlanıldı 28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46 Ermənilər mövqelərimizi tanklardan atəşə tutur  28 İyul 2021, 10:40 Nazir “Bakı bəyannaməsi”nin əhəmiyyətindən danışdı 28 İyul 2021, 10:34 Ceyhun Bayramov Mustafa Şentopla görüşdü - FOTO 28 İyul 2021, 10:28 Xızıda “patı” gəzdirən şəxs saxlanılıb - FOTO 28 İyul 2021, 10:24