Modern.az

XXI əsrdə həlak olan jurnalistlər... - SİYAHI

XXI əsrdə həlak olan jurnalistlər... - SİYAHI

Media

7 İyun 2021, 14:13

Dünyanın qaynar nöqtələrində jurnalist ölümləri qeydə alınmaqda davam edir.

 

Modern.az Beynəlxalq Jurnalistlər Federasiyasına istinadən xəbər verir ki, təkcə 2020-ci ildə öz peşə borcunu yerinə yetirən zaman 66 jurnalist həyatını itirib. Həmin göstərici 2019-cu ildə 49 nəfər idi. Ümumilikdə, XXI əsrdə, 2000-ci ildən bəri 1073 jurnalist, operator və fotomüxbir öz peşə borcunu yerinə yetirərəkən həlak olub.

Ölüm halları ən çox 2007-ci ildə (70 nəfər), 2009-cu ildə (76 nəfər), 2012-ci ildə (74 nəfər), 2013-cü ildə (74) və 2015-ci ildə (73 nəfər) qeydə alınıb.

 

Beynəlxalq Jurnalistlər Federasiyası 2021-сi ilin 6-cı ayına qədər dünyada artıq 5 jurnalistin həyatını itirdiyini yazır. Onlar arasında 2 azərbaycanlı jurnalist – AZƏRTAC-ın müxbiri Məhərrəm İbarahimov və AzTV-nin operatoru Sirac Abışov da var.

 

Onlar iyunun 4-də öz peşə borcunu yetirən yetirərkən azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndində minaya düşərək, həlak olublar.


XXI əsrdə dünyada jurnalistlər üçün ən təhlükəli ölkələr İraq (201 ölüm), Meksika (124 ölüm), Suriya (113 ölüm), Fillipin (108 ölüm), Pakistan (78 ölüm), Əfqanıstan (74 ölüm) və Somali (74 ölüm) hesab olunur.

 

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Jurnalistika və xəbər muzeyində 1837-ci ildən 2020-ci ilə qədər öz peşə borcunu yetirən zaman dünyasını dəyişmiş 2 344 KİV nümayəndəsinin adı var. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...