Modern.az

“Ermənistandakı seçkidən sonra Azərbaycanın tələbləri daha sərt olacaq” - Hərbi ekspert

“Ermənistandakı seçkidən sonra Azərbaycanın tələbləri daha sərt olacaq” - Hərbi ekspert

Aktual

11 İyun 2021, 18:17

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi olaraq atəşə tutulub.

Müdafiə Nazirliyi bildirib ki, atəş nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Ermənistan son günlər sərhəd bölgəsini gərginlikdə saxlamaqla nəyə nail olmaq istəyir

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a deyib ki, bu, düşmənin  seçkiqabağı oyunudur:


“Onların atəşkəsi pozmağında təəccüblü heç nə yoxdu. Hazırda qalib ölkə Azərbaycan dövlət sərhəddini qurur, Ermənistan isə seçkilər yaxınlaşdığı üçün arada gərginlik yaratmağa çalışır. Bilirdik ki, bizi sərhəddə sakit həyat gözləmir. Bunun səbəbi isə Ermənistanın siyasi rəhbərliyi və cəmiyyətinin sülhə hazır olmamasıdı.

Ermənistanda seçkiqabağı ən aktual mövzu Azərbaycan mövzusudur. Ermənistan həmişə çalışıb ki, Minsk qrupunun üzvlərini bu prosesə cəlb etsin, Azərbaycana qarşı təzyiqlərə nail olsunr”.


Ş.Ramaldanovun fikrincə, seçkilərə qədər sərhəddə gərginlik daha da arta bilər:

“Ümumiyyətlə, mən deyərdim ki, seçkiqabağı gərginlik yaratmaq üçün onlar hər yola əl atırlar. Azərbaycanın Silahlı Qüvvələri bununla bağlı bütün təhlükəsizlik tədbirlərini yaxşı qurub. Qeyd edə bilərik ki, Ermənistandan Azərbaycana qarşı bu şəkildə addımlar atılacağını dövlətimiz nəzərdən keçirirdi. Laçından tutmuş Kəlbəcərə kimi bütün diversiya qruplarının qarşısı alınıb.

Düşünürəm ki, seçkilərə qədər sərhəddə gərginlik davam edəcək. Bəlkə də gərginlik daha da artacaq. Ermənistandan hakimiyyət tam formalaşandan sonra əlbəttə Azərbaycanın tələbləri daha sərt olacaq”.

Fidan İlqar

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir