Modern.az

ABŞ-da atışma - ölən və yaralananlar var

ABŞ-da atışma - ölən və yaralananlar var

13 İyun 2021, 00:08

ABŞ-ın Çikaqo şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “ABC 7” telekanalı polisə istinadən məlumat yayıb.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma şəhərin cənub hissəsində saat 02:00 radələrində (Bakı vaxtı ilə saat 11:00) başlayıb. Bildirilir ki, iki şübhəli şəxs səkidə dayanan bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıblar.

 

Güllə yarası alanlardan biri, 29 yaşlı qadın Çikaqo Universitetinin Tibb Mərkəzində həyatını itirib. Digər yaralananların vəziyyəti isə qənaətbəxşdir.

 

Polis şübhəlilərin saxlanılması istiqamətində araşdırma aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı