26 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
13 İyun 2021, 11:42 | MƏDƏNİYYƏT
“Çıraqqala”dakı bərpa-konservasiya işlərindən son görüntlər - FOTO
İyunun 11-də Şabran rayonunda yerləşən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işləri ilə tanışlıq məqsədilə əraziyə mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və media nümayəndələrinin iştirakı ilə baxış keçirilib.     Modern.az xəbər verir ki, bərpa-konservasiya işlərini həyata keçirən mütəxəssislər görülən işlər haqqında ətraflı məlumat verib.     Baxış zamanı jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən aparılır. Bərpa-konservasiya işlərinə 2019-cu ildə başlanılıb: “Bugünədək tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib, bürclərarası qala divarları, eyni zamanda ovdan qismən bərpa edilib. Həmçinin ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib”.     Nazir qeyd edib ki, “Çıraqqala” müdafiə kompleksinin divarları böyük həcmli daş hörgüdən ibarət olub: "Qalanın baş bürcü qaya üzərində yerləşməyinə baxmayaraq, qaya ilə hörgünün birləşdiyi yerdə hörgüdə böyük aşınma və dağıntılar baş verib. Digər bürc və divarlarda da vəziyyət ürək açan olmayıb, qalanın salamat qalan yerlərinin üzlük hörgü hissələrində dağıntılar əmələ gəlmişdi. Hazırda abidədə həyata keçirilən bərpa işləri mühüm əhəmiyyət kəsb edir".     Anar Kərimov qeyd edib ki, istəyimiz ondan ibarətdir ki, ulu əcadalarımızdan bizə qalan bu tarixi mirasın bərpasını təmin edək və gələcək nəslilərə ötürək: “Həmçinin istəyirik ki, belə bir müstəsna əhəmiyyət kəsb edən abidəni beynəlxalq səviyyədə də təbliğ edək. Bununla bağlı planlarımız var. Gələcəkdə bu abidənin və digər istehkam qurğularının UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi istiqamətində də işlər aparmağı düşünürük. Buna görə də 2019-cu ildən başlanan qalanın bərpa-konservasiya işlərinin bu ilin sonunadək bitməsi nəzərdə tutulur. Burada bürclərin bərpası və ümumilikdə möhkəmləndirmə işləri aparılır. Eyni zamanda, buranın turizm potensialının da gücləndirilməsini planlaşdırırıq.     Bununla bağlı bəzi layihə və konsepsiyalarımız var. Bu həm tarixi dəyər baxımından, həm də əraziyə turist səfərlərinin artması baxımından çox önəmli olacaq. Onu da qeyd edim ki, bərpa işləri çətin relyef və hava şəraitində aparılır. Bərpa işlərində Azərbaycanın yerli ekspertləri iştirak edir. Eyni zamanda, buraya xarici ekspertləri də dəvət etmişik. Onlar gəlib və gördüyümüz işləri yüksək qiymətləndiriblər”. Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib. Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir.                
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar 26 Oktyabr 2021, 17:36 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP-ın Ərazi Partiya Təşkilatı hesabat verdi 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12 Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar 26 Oktyabr 2021, 16:06 Qəbələdə toy sahibləri CƏRİMƏLƏNDİ 26 Oktyabr 2021, 16:00 “Səyyar qəbul otağı” Cəlilabadda - FOTO 26 Oktyabr 2021, 15:55 Aprel‌ ‌şəhidi‌nin ailəsi‌ ‌ziyarət‌ ‌olunub‌ 26 Oktyabr 2021, 15:50 “Qarabağ dünya kitabxanalarında” - Layihə 26 Oktyabr 2021, 15:44 Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları LƏĞV EDİLDİ 26 Oktyabr 2021, 15:38 “AzerGold” tələbələr üçün Təqaüd proqramı elan edir 26 Oktyabr 2021, 15:32 Ermənilər delimitasiya üçün saxta xəritə irəli sürdü - FOTO 26 Oktyabr 2021, 15:26 Paralimpiya Komitəsində yeni TƏYİNATLAR 26 Oktyabr 2021, 15:20 Bu ölkədə 3-11 yaşlı uşaqlar peyvənd olunacaq 26 Oktyabr 2021, 15:14 Prezidentlər Zəngəzur dəhlizinin TƏMƏLİNİ QOYDULAR 26 Oktyabr 2021, 15:10 Dələduz qohumun istintaqı YEKUNLAŞDI 26 Oktyabr 2021, 15:05 Bakıda daha bir universitet müəllimi vəfat etdi 26 Oktyabr 2021, 15:00 Türkiyəli nazir Azərbaycan xalqını TƏBRİK ETDİ 26 Oktyabr 2021, 14:55 Britaniya Kraliçası Azərbaycanı TƏBRİK ETDİ 26 Oktyabr 2021, 14:50 Prezidentlər Cahangir Əsgərovla zarafat etdilər - VİDEO 26 Oktyabr 2021, 14:45 İlham Əliyev Ərdoğanla GÖRÜŞDÜ 26 Oktyabr 2021, 14:40 Son sutkada peyvənd OLUNANLAR 26 Oktyabr 2021, 14:38 Yoluxanlar artdı - 24 nəfər öldü 26 Oktyabr 2021, 14:32