Arxiv
14 İyun 2021, 08:50 | AKTUAL
Bu gün Bakıda livanlı terrorçuya hökm oxunacaq

İyunun 14-də Yasamal Rayon Məhkəməsində Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdiriləcək.

Modern.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyasının hökmü elan edəcəyi gözlənilir.

Son məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin mayın 5-də yaydıqları birgə məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan silahlı qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası DTX-nin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən olunub ki, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini, 1979-cu il təvəllüdlü Eulcekcian Viken Abraham 2020-ci il sentyabrın 29-da Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq, 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib. O, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar keçib digər muzdluların da olduğu ərazilərə gəlib.


Həmçinin Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.


Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Mayın 5-də cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47 Avtobus yolu keçən piyadanı VURDU 30 İyul 2021, 15:43 “YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü 30 İyul 2021, 15:41 Xəzərdə batan var - Axtarış aparılır 30 İyul 2021, 15:40 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 30 İyul 2021, 15:36 Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub 30 İyul 2021, 15:36 Şuşanın ərazi planlaşdırma layihəsi jurnalistlərə təqdim olundu 30 İyul 2021, 15:34 "124 milyondan çox insan yoxsulluq səviyyəsinə düşüb" - Quterreş 30 İyul 2021, 15:29 Dünyanı nüvə başlığı ilə qorxudan ölkələr – YENİ SİYAHI 30 İyul 2021, 15:26 Türkiyə səfiri Azərbaycana təşəkkür etdi 30 İyul 2021, 15:20 ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb - FOTOLAR 30 İyul 2021, 15:14 YAP-dan Eldəniz Səlimovun polislə insidentinə REAKSİYA 30 İyul 2021, 15:08 Mehriban Əliyeva: “Türkiyə xalqına güc və səbir diləyirəm!” 30 İyul 2021, 15:02 Prezident İsmayıllıya 5,6 milyon manat ayırdı 30 İyul 2021, 14:56 Tokio-2020: Boksçumuz yarımfinalda 30 İyul 2021, 14:50 Baş Prokurorluq vətəndaşlara müraciət etdi 30 İyul 2021, 14:44 Azərbaycan yanğınsöndürənləri Türkiyəyə gedir 30 İyul 2021, 14:38 Çoban fermeri ÖLDÜRDÜ 30 İyul 2021, 14:32 Türkiyədəki yanğınlara görə 5 nəfər saxlanıldı 30 İyul 2021, 14:26 Həkim Araz Bayramov məhkəməyə gəlmədi 30 İyul 2021, 14:20 İranda daha 270 nəfər COVID-19-dan öldü 30 İyul 2021, 14:14 Rövşən Əkbərov haqqındakı ittihamları film adlandırdı 30 İyul 2021, 14:08 Fiaskoya uğrayan Minsk Qrupu: Həmsədrlər barədə bilmədiklərimiz... 30 İyul 2021, 14:04 Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırıldı 30 İyul 2021, 14:00 Yanğınlarla bağlı  İstanbuldakı baş konsulluğumuzda “Qaynar xətt” yaradıldı 30 İyul 2021, 13:54