Modern.az

Nazir Tap Qaraqoyunludakı “Son zəng”dən FOTO paylaşdı - YEBİLƏNİB

Nazir Tap Qaraqoyunludakı “Son zəng”dən FOTO paylaşdı - YEBİLƏNİB

14 İyun 2021, 12:08

"Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız “Son zəng”i Qələbə sevinci ilə yola salırlar".


Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə bildirib.

***

Təhsil naziri Emin Əmrullayev bu gün Goranboy rayonunda keçiriləcək “Son zəng” tədbirində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, E.Əmrullayev müharibə müddətində ən çox zərər çəkən məktəblərdən biri olan rayonun Tap Qaraqoyunlu kənd məktəbində keçiriləcək “Son zəng” tədbirinə qatılacaq.

 

Nazirliyin sözçüsü Cəsarət Valehov saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, tədbir saat 11-də başlayacaq.

 

 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir