Modern.az

Goranboyda Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTO

Goranboyda Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTO

Aktual

15 İyun 2021, 11:58

Goranboyda Milli Qurtuluş Günündə Ümummilli Liderin abidəsi ziyarət edilib.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və ictimai fəallarla birgə 15 iyun Milli Qurtuluş Günü ilə bağlı, müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək  dahi şəxsiyyətə ehtiramlarını nümayiş etdiriblər.

 

Sonra Heydər Əliyev Mərkəzi önündə nümayiş etdirilən rəsm və əl işləri sərgisinə, daha sonra isə Heydər Əliyev Mərkəzinə ekskursiya edilərək dahi şəxsiyyətin xalqına həsr etdiyi həyat və dövlət idarəçiliyi fəaliyyətini özündə əks etdirən fotosərgiyə baxış keçirildi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır