Modern.az

Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15 İyun 2021, 13:55

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan ən önəmli günlərdən olan 15 iyun – Milli Qurtuluş Günü tarixə qızıl hərflərlə yazılıb. 

 

Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Naftalan Şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan tərəqqiyə” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün, xalqımız üçün isə əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Azərbaycan özünün əsl müstəqilliyini Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə və xalqına olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. 

 

Danılmaz həqiqətdir ki, Qarabağ münaqişəsinin həll edilməsi uzun illər ərzində siyasi-diplomatik, hərbi strateji və iqtisadi müstəvilərdə görülən işlərin, uğurlu xarici siyasətin və beynəlxalq fəaliyyətin nəticəsidir. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, möhtərəm Prezident cənab İlham Əliyev Heydər Əliyev siyasətinin davam etdirilməsi nəticəsində bu misilsiz nailiyyətə imza atdı, milli qürur və ləyaqətin, tarixi ədalətin bərpasına nail oldu. Dövlət başçısının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə vuraraq 30 illik işğala son qoydu, Azərbaycan xalqının, dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın torpaq həsrətini sona çatdırdı. 

 

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən zaman möhtərəm Prezident belə demişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Cənab İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə götürdüyü böyük məsuliyyəti həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub