Modern.az

Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu

Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu

17 İyun 2021, 19:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

 

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

 

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

 

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir