Modern.az

BNA-dan yol qəzası ilə bağlı TƏKZİB

BNA-dan yol qəzası ilə bağlı TƏKZİB

18 İyun 2021, 19:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatdakı avtobus hər hansı bir müntəzəm marşrut xəttinə aid nəqliyyat vasitəsi deyil.

 

Bunu Modern.az- açıqlamasında BNA-nın mətbuat katibi Mais Ağayev bildirib. BNA rəsmisinin sözlərinə görə, qəzaya düşən avtobus xüsusi şirkətə məxsusdur.

Bakıda avtobus minik avtomobili ilə toqquşub.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu