Arxiv
22 İyun 2021, 16:23 | REPORTAJ
Şəhid oldu, adını özündən sonra doğulan körpəsinə qoydular - FOTOLAR

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 14 iyun  2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən, 10 hərbi qulluqçumuz hazırda itkin düşmüş sayılır.


Şəhidlərimizin arasında ata olanları və ata olacağını bilənlər var idi. Ata olacaqlarını bilsələr də, o hissi yaşamadan vətən uğrunda canlarını verib şəhadətə qovuşdular.


Övladının üzünü görmədən bu dünyadan köçən şəhidlərimizdən biri də Mikayıl Mikayılzadədir.


Arayış:
Mikayıl Mikayılzadə 1992-ci il yanvarın 4-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan Mikayıl Mikayılzadə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayılzadə noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.


Şəhidin xanımı Səmayə Mikayılzadə həyat yoldaşı barədə Modern.az-a danışıb.


“Daxili Qoşunların kiçik çavuşu idi. Bir an belə canını düşünmədən könüllü döyüşə yollandı. Xocavənd, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. 7 noyabr tarixində Şuşada gedən döyüşlər zamanı yaralı olan yoldaşlarını və komandirini meydandan çıxarıb. Sonuncu dəfə 1 döyüş yoldaşını atəş altından çıxarmaq üçün geri dönüb və bu vaxt top mərmisi Mikayılın yanına düşüb.
Şuşanın Daşaltı kəndində, qələbəyə bir gün qalmış şəhid oldu. 7 il işini  sevərək xidmət etdi”.


Səmayə xanım deyir ki, sevgilərinin meyvəsini birlikdə qucaqlarına ala bilmədilər:


“Mikayılla bir-birimizi çox sevirdik. Elçi gəldilər, amma ailəm məni Mikayıla vermədi. Biz də qərar verdik ki, qoşulub qaçaq. Elə də etdik.  Daha sonra 2020-ci il fevralın 2-də toyumuz oldu. Cəmi 10 ay evli olduq. Övladımızın olacağını bilirdi, Mikayıl döyüşə gedəndə körpəmiz bətnimdə 7 aylıq idi. Oğlumuzun olacağını biləndə isə “adını Uğur qoyacam” demişdi. Heyif oğlunu görmək ona qismət olmadı.
Körpə doğulanda ona atasının adını qoyduq – Mikayıl. Ancaq ailə daxilində uşağı Uğur deyə çağırırıq. Çünki atasının Uğuru, bizim Mikayılımızdır. Çox xoşbəxt ailəmiz var idi. Təəssüf ki, bu xoşbəxtlik uzun sürmədi.
Övladımızın doğulacağı günü səbirsizliklə gözləyirdik. Sevgimzin meyvəsini birlikdə qucağımıza almaq bizə qismət olmadı.
Mikayıl doğulmamış körpəsini vətənə, torpağa dəyişdi və canından, qanından keçib şəhid oldu. Mən qürur duyuram ki, həyat yoldaşım vətənə bu qədər bağlı olub”.


Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41 Arvadını öldürən hakimin işi məhkəməyə GÖNDƏRİLDİ 3 Avqust 2021, 10:38 Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 “Azəriqaz” “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək 3 Avqust 2021, 10:30 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19 Gəncə Dövlət Universitetinin məzunu yüksək bal topladı 3 Avqust 2021, 10:15 Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 3 Avqust 2021, 10:10 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 10:04 Yeni qatarlar bu gün xəttə BURAXILDI 3 Avqust 2021, 09:58 Köçəri quşlar Azərbaycandan niyə yan uçur? 3 Avqust 2021, 09:52 BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ 3 Avqust 2021, 09:46 Bu gün narazı müəllim namizədlər imtahan verəcək 3 Avqust 2021, 09:40 Yaşa görə pensiyaya çıxanların sayı AÇIQLANDI 3 Avqust 2021, 09:34 Həyət toylarında reyd - 2736 nəfər şənliyə buraxılmadı 3 Avqust 2021, 09:30 Eldar Həsənov hospitala aparıldı – VİDEO   3 Avqust 2021, 09:26 Cahit Bağçı Azərbaycana təşəkkür etdi 3 Avqust 2021, 09:22 Məşhur gecə klubunda karantin qaydaları pozuldu   3 Avqust 2021, 09:18 Neftin ucuzlaşması davam edir 3 Avqust 2021, 09:12 Ramil Quliyev yarımfinalda 3 Avqust 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 3 Avqust 2021, 09:00 Komitələrin payız hazırlığı: Azad olunmuş ərazilərlə bağlı yeni layihələr olacaq 3 Avqust 2021, 08:52 Mobil telefon sonsuzluq yaradır? 3 Avqust 2021, 08:44 İslam Abbasov da medalsız qaldı - YENİLƏNİB 3 Avqust 2021, 08:43 Sahibə Qafarova İrana gedir 3 Avqust 2021, 08:30 Rəisinin andiçməsinə 10 prezident qatılacaq 3 Avqust 2021, 08:20 Olimpiadada daha 18 nəfər virusa yoluxdu   3 Avqust 2021, 08:13 İran silkələndi 3 Avqust 2021, 08:07 Şəhriyar yenidən Aronyana qarşı 3 Avqust 2021, 08:01 Manolova Tokiodan medalsız qayıdır 3 Avqust 2021, 07:49 İmtahanda ən yüksək balı o topladı  3 Avqust 2021, 07:05 Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23