Modern.az

Yaponiyada vulkan püskürdü

Yaponiyada vulkan püskürdü

Aktual

22 İyun 2021, 23:07

Yaponiyanın cənub-qərbindəki Suvanose adasında vulkan püskürməsi baş verib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat verib.

 

Bu baxımdan meteoroloqların bölgədə beş ballıq miqyasda üçüncü təhlükə səviyyəsini yaranması qeyd olunur. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq mümkün deyil.

 

Adadakı xəsarətlər və dağıntılar barədə məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kəndin özü vulkandan 4 km uzaq məsafədədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir