Modern.az

“Milli mətbuatımız cəmiyyətin təfəkkürünə aydınlıq və ziya gətirib”

“Milli mətbuatımız cəmiyyətin təfəkkürünə aydınlıq və ziya gətirib”

Parlament

22 İyul 2021, 17:30

“İctimai fikrin cilalanmasında və genişlənməsində, milli ideyamızın xalqa aşılanmasında, azad sözün cəmiyyətdə dəyər qazanmasında ilk cığırı açmış “Əkinçi”nin və bununla da öz varlığının əsasını qoymuş milli mətbuatımızın 146 yaşı tamam olur”.

 

Modern.az xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev "Facebook" hesabında yazıb.

 

Onun sözlərinə görə, 146 il ərzində milli mətbuatımız dəfələrlə susdurulmaqla, ideoloji çərçivələrə salınmaqla, zaman-zaman təzyiqlərə və təhdidlərə məruz qalmağına baxmayaraq, bütün dövrlərdə özünün azadlıq mübarizəsini davam etdirib.

 

“146 il milli mətbuatımız cəmiyyətin təfəkkürünə və şüuruna aydınlıq və ziya gətirib, cəmiyyətin davamlı inkişaf yoluna işıq saçıb. Bu yollarda saysız-hesabsız ziyalılarımız yetişib, xalqa həqiqətin və ədalətin yolunu göstəriblər. 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranların da çoxu özlərinin milli mücadilə yolunu məhz milli mətbuatdan başlamışdılar.  Bu gün mətbuat daha azad, daha kəsərli və daha təsirlidir. Onu hətta “dördüncü hakimiyyət” də adlandırırlar. Lakin mübarizə bitmir və tükənmir. İnsanlıq var olduğu qədər bu mübarizə də mövcud olacaq. Hər dövrün öz mübarizəsi var və bir qayda olaraq bu yolu seçənlər cəmiyyətin ən mübariz təmsilçiləri olurlar. Milli mətbuatımızın fədakar təmsilçilərinə həqiqət və ədalət axtarışında, xalqın və dövlətin inkişafı və tərəqqisi yolunda apardıqları bu müqəddəs mübarizədə davamlı uğurlar arzulayıram”, - deputat Azərbaycan jurnalistlərini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?