Modern.az

500-ə yaxın şəhid və qazi ailəsi işlə təmin olundu

500-ə yaxın şəhid və qazi ailəsi işlə təmin olundu

28 İyul 2021, 15:52

Bu ilin ilk 6 ayında 500-ə yaxın şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri Təhsil Nazirliyi tərəfindən işlə təmin olunub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, 28 yanvar-8 iyul tarixləri çərçivəsində 480 nəfər şəhid, qazi və Vətən Müharibəsi iştirakçılarının ailə üzvü işə götürülüb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən start verilən “Məşğulluq marafonu” çərçivəsində isə iyulun 8-dən 27-dək 230 vakansiya Təhsil Nazirliyinin saytına daxil edilib. Marafon çərçivəsində işlə təmin olunan 21 nəfər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi