Modern.az

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

30 İyul 2021, 16:19

Azərbaycanda son sutkada 87286 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 50103 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 37183 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4885572 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2827855 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2057717 nəfərdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu