Arxiv
2 Avqust 2021, 13:00 | AKTUAL
Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan etdi

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilir. Müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

 

Modern.az xəbər verir ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

 

Müsabiqənin başlanması haqqında elan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında dərc edilir. Ərizə qəbulu prosesi elanın verildiyi tarixdən etibarən başlanır və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.

 

İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq.

 

Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02 Sahibə Qafarova Qazaxıstanda səfərdədir 25 Sentyabr 2021, 11:55 Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi 25 Sentyabr 2021, 11:48 İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib 25 Sentyabr 2021, 11:34 Həmsədrlər nazirlərin görüşü ilə bağlı BƏYANAT yaydılar 25 Sentyabr 2021, 11:27 Məğlub xalq sindromunu sındıran Zəfərin bir ili   25 Sentyabr 2021, 11:20 Sumqayıtda iki azyaşlı oğurlanıb? - DİN-dən açıqlama 25 Sentyabr 2021, 11:13
SORĞU Hansı vaksinə etibar edirsiniz?