Modern.az

“YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır

“YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır

Aktual

2 Avqust 2021, 21:19

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 62 milyon manata yaxınlaşır. 

 

Modern.az xəbər verir ki, Fonda toplanan vəsait 61 603 621.6 manatdır. Həmin vəsaitdən 17 124 174.64 manatı fiziki şəxslər, 44 479 446.96 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

 

Fonda daxil olan vəsaitin 32 072 546.15 manatı xərclənib. Vəsaitin qalığı isə 29 531 075.45 manatdır.

 

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü