Modern.az

Dövlət Komitəsi azərbaycanlı tələbənin Bakıya gətirilməsini təmin etdi

Dövlət Komitəsi azərbaycanlı tələbənin Bakıya gətirilməsini təmin etdi

4 Avqust 2021, 07:12

Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycanlı  tələbənin Bakıya gətirilməsini təmin edib.

 

Uzun müddətdir Çində müalicə alan,  Azərbaycan vətəndaşı, Pekin İdman İnstitutunun  tələbəsi Sadiq Həsənağa oğlu Həsənovun  Bakıya gətirilməsi üçün  Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi, Sadiq  Həsənovun ailə üzvləri Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.

 

Komitə ünvanlanan müraciətləri, ciddi sağlamlıq problemlərini, ailənin maddi vəziyyətininəzərə alaraq,  vətəndaşın Pekindən  çarter reys ilə Bakı şəhərinə gətirilməsini təmin edib.

 

Sadiq Həsənovun xalası Pərvanə  Məmmədli Sadiqin mülaicəsinə maddi və mənəvi dəstək göstərən Azərbaycan dövlətinə,Diasporla İş üzrə Komitənin bütün əməkdaşlara təşəkkür edib.

 

“Nə yaxşı ki, qürbətdə yaşayan vətəndaşlarımıza qayğı göstərən, öz  vəzifəsini vicdanla yerinə yetirən, vətəndaşların uğurunu alqışlayan və dərdinə şərik olan  belə dövlət qurumu var”- Pərvanə  Məmmədli bildirib.  O əlavə edib ki, Sadiq Həsənovun  xəstəliyi bilinən gündən Komitə məsələni daim nəzarətdə saxlayıb, xəstəxana xərclərinin ödənilməsinə maddi köməklik göstərib və Sadiq Həsənovun çarter reysi ilə vətənə qaytarılmasını təmin edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi