Modern.az

Qəbələdə narkotacir saxlanılıb

Qəbələdə narkotacir saxlanılıb

5 Avqust 2021, 10:34


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firdovsi Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.

 

Nəqliyyat vasitəsinə baxış keçirilərkən 22 ədəd kağız bükümdə satış məqsədilə daşıdığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi