Modern.az

“Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir

“Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir

5 Avqust 2021, 15:14

Bu gün Pakistanın Azərbaycandakı səfirliyində 5 avqust 2019-cu ildə Cəmmu və Kəşmirin statusunun ləğvi və bu ərazidə lokdaunun elan olunmasının 2-ci il dönümü ilə bağlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə pakistanlı diplomatlar və yerli media nümayəndələri iştirak ediblər.

 

Tədbirin açılışında Pakistanın Azərbaycandakı səfirinin müavini 5 avqustla əlaqədar Pakistan Xarici İşlər Nazirliyinin bəyanatını oxuyub.

 

Daha sonra Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee çıxış edib.

 

Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyəti yaxın zamanda Azad Kəşmir bölgəsinə səfər edəcək:

 

"Biz həmçinin qanunsuz işğal olunmuş Cəmmu və Kəşmirə girişin təmin olunmasını istəyərdik, amma Hindistan buna şərait yaratmır, oradakı vəziyyəti görməyə imkan vermir. Həmçinin müstəqil jurnalistlərin, humanitar təşkilatların, xaricdən səfər edən müşahidəçilərin Cəmmu və Kəşmirə girişə icazə verilmir. Hindistan oradakı ağır vəziyyəti dünyanın görməsini istəmir. Lakin bəzi beynəlxalq humanitar təşkilatlar buna baxmayaraq, ordakı vəziyyətlə bağlı hesabat hazırlaya biliblər.

 

Cəmmu və Kəşmirdə həmçinin fərdlər yox, bütöv icma hədəf alınıb və Kəşmir liderləri həbs olunur. Hindistan bu regionda bütöv bir icmanı qorxutmaq xətti yürüdür ki, kəşmirlilər öz hüquqlarını tələb etməsinlər. Bu cür siyasət, addımlar qəbuledilməzdir, bu fundamental azadlıqlara ziddir".

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi