Modern.az

Qızmar istilər davam edəcək: 4 il əvvəlki rekord hələ yenilənməyib  

Qızmar istilər davam edəcək: 4 il əvvəlki rekord hələ yenilənməyib  

13 Avqust 2021, 12:09

“Son 10 ildə Bakıda və Abşeron yarımadasında ən yüksək temperatur 2017-ci ildə müşahidə olunub”.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, həmin il avqustun 9-da Bakıda 42.6 dərəcə isti qeydə alınıb.

 

“Hələlik paytaxtda və Abşeronda havanın temperaturu bu rekordu təzələməyib.

 

Avqust ayı yayın ən isti aylarından biridir. Ümumiyyətlə, bu ayda havanın temperaturu çox yüksək olur. Yaxın günlərdə də paytaxtda havanın temperaturunun yüksək olacağı gözlənilir. Həftəsonu yağmursuz hava şəraiti, temperaturun 38 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır. Əksər rayonlarda yağmursuz hava müşahidə edilir, növbəti 2-3 gün ərzində hava şəraitinin bu şəkildə davam edəcəyini ehtimal edirik. Bəzi dağlıq ərazilərdə gündüz qısamüddətli yağıntı düşəcəyi ehtimal olunur. Rayonlarda havanın temperaturu yaxın günlərdə 35-40, bəzi yerlərdə 42 dərəcəyə qədər olacaq. İstənilən halda havanın temperaturunun yüksəlməsi avqust ayı üçün xarakterikdir”, - deyə ETSN rəsmisi vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!